Affiliate marketing (ortaqlıq proqramı) onlayn bizneslərin inkişafı üçün ən məşhur marketinq modellərindən biridir. Bu model, məhsul və ya xidmət təklif edən reklamçılarla, həmin məhsul və ya xidməti öz izləyici və ya müştəri bazasına tanıdan yayımcılar (məsələn, bloqçular, veb sayt sahibləri və ya sosial media influenserləri) arasında əməkdaşlıq yaratmaq məqsədi daşıyır. Affiliate marketing modelində yayımcılar reklamçının məhsul və ya xidmətini tanıtmaq üçün xüsusi bir link istifadə edirlər və bu link vasitəsilə edilən hər satışdan və ya həyata keçirilən hərəkətdən (misal üçün, qeydiyyat, abunə və s.) komissiya qazanırlar.
Affiliate Marketing Necə İşləyir?
Affiliate marketing modeli sadə bir sistemə əsaslanır. Reklamçı məhsul və ya xidmətini tanıtmaq üçün bir yayımcı ilə müqavilə bağlayır və ona xüsusi bir izləmə linki təqdim edir. Yayımlayan bu linki öz platformalarında (sayt, sosial media, YouTube və s.) paylaşır. İzləyicilər və ya müştərilər bu link vasitəsilə reklamçının saytına daxil olub alış-veriş etdikdə və ya müəyyən bir hərəkət (hərəkətə çağırış) həyata keçirdikdə, yayımcı müəyyən faizdə komissiya əldə edir.
Affiliate Marketingin İstifadə Halları
Affiliate marketing müxtəlif sahələrdə geniş istifadə olunur. İşgüzar münasibətlərdən tutmuş e-ticarətə qədər bir çox sektor bu modeldən istifadə edir. Burada bəzi konkret nümunələr təqdim edirik:
- Elektron Ticarət: Amazon Affiliate Programı kimi nəhəng e-ticarət platformaları yayımcılara məhsullarını tanıtmaq və satılan hər bir məhsul üçün komissiya qazanmaq imkanı verir. Yayımcılar məhsullar barədə məqalələr yazır və ya video çəkir, izləmə linki vasitəsilə satış baş verdikdə komissiya əldə edirlər.
- Maliyyə Xidmətləri: Banklar və maliyyə qurumları, məsələn, kredit kartı təklif edən şirkətlər, yayımcılarla əməkdaşlıq edərək öz məhsullarını tanıtmaq üçün affiliate marketingdən istifadə edirlər. Blog sahibləri kredit kartı müqayisələri və tövsiyələri paylaşaraq bu xidmətlərdən komissiya qazanırlar.
- Səyahət və Turizm: Səyahət agentlikləri və otel saytları da affiliate marketing proqramlarına malikdir. Səyahət bloqçuları, YouTube kanalları və sosial media influenserləri səyahət təkliflərini və otelləri tanıdaraq satışlar və rezervasiyalardan komissiya əldə edə bilərlər.
- Rəqəmsal Məhsullar və Xidmətlər: Onlayn kurslar, proqram təminatları və xidmət təklif edən şirkətlər də affiliate marketing proqramlarından istifadə edirlər. Yayımlayanlar kursları və ya xidmətləri izləyicilərinə tövsiyə edərək gəlir əldə edə bilərlər.
Ortaqlıq Proqramlarının İstifadə Sahələri
Ortaqlıq proqramlarının geniş istifadəsi müxtəlif sahələrdə özünü göstərir və bir çox uğurlu nümunələrə rast gəlinir. Bunlardan bəziləri kəşbək platformaları, kupon saytları və ortaqlıq məhsul dükanlarıdır. Bu nümunələr vasitəsilə ortaqlıq proqramlarının necə işə yaradığı və həm reklamçılar, həm də yayımlayıcılar üçün faydaları göstərilə bilər.
Kəşbək Platformaları
Kəşbək platformaları ortaqlıq proqramlarının ən populyar istifadələrindən biridir. Bu platformalar istifadəçilərə müəyyən məhsul və ya xidmətlər alarkən müəyyən bir faiz nisbətində geri ödəniş təklif edir. Məsələn, istifadəçi bir cashback saytına daxil olub, oradan alış-veriş saytına keçid edərək alış-veriş edir və sonra həmin alış-verişin bir hissəsini geri alır.
Real istifadə nümunəsi: Rakuten və TopCashback kimi platformalar dünya miqyasında tanınır. Bu platformalar vasitəsilə istifadəçilər məşhur brendlərdən alış-veriş etdikdə, müəyyən faiz miqdarında pul geri alırlar. Azərbaycan istifadəçiləri üçün isə Bon.az platforması Türkiyə, ABŞ, Çindən edilən alışlara görə kəşbək qaytarır.
Pozitiv:
- Reklamçı üçün: Yeni müştərilər cəlb etmək və satışları artırmaq imkanı.
- Yayımlayıcı üçün: Yüksək komissiya gəlirləri əldə etmək.
Neqativ:
- Reklamçı üçün: Cashback ödənişlərinin reklam büdcəsinə əlavə yük olması.
- Yayımlayıcı üçün: Müştərilərin daha yüksək cashback təklif edən rəqiblərə keçməsi riski.
Kupon Saytları
Kupon saytları da ortaqlıq proqramlarının geniş yayılan formalarından biridir. Bu platformalarda yayımlayıcılar müxtəlif məhsul və xidmətlər üçün kuponlar təqdim edir və istifadəçilər bu kuponlardan istifadə edərək endirimlər əldə edir. Reklamçılar isə bu vasitə ilə satışları artırırlar.
Real istifadə nümunəsi: RetailMeNot və Honey kimi platformalar istifadəçilərə müxtəlif onlayn mağazalarda endirim kodları təklif edirlər. İstifadəçilər alış-veriş zamanı bu kodları daxil edərək endirimlərdən faydalanır və kupon saytları əldə etdikləri komissiyalarla gəlir əldə edir.
Pozitiv:
- Reklamçı üçün: Sürətli satış artımı və markanın tanınması.
- Yayımlayıcı üçün: Daha çox istifadəçi cəlb etmək və böyük bir bazaya xidmət göstərmək.
Neqativ:
- Reklamçı üçün: Endirimlər nəticəsində gəlirin azalması.
- Yayımlayıcı üçün: Reklamçılar tərəfindən bəzən məhdudiyyətlərin tətbiq edilməsi.
Affiliate Məhsul Dükanları
Affiliate məhsul dükanları spesifik bir niş üzrə məhsulların satıldığı e-ticarət platformalarıdır. Bu dükanlar reklamçılarla ortaq çalışaraq onların məhsullarını reklam edir və satır. Yayımlayıcılar isə hər satışdan komissiya əldə edir.
Real istifadə nümunəsi: Amazon Associates kimi proqramlar kiçik və böyük yayımlayıcılara Amazon məhsullarını reklam etməyə və hər bir satılan məhsul üçün komissiya qazanmağa imkan verir. Həmçinin, Shopify kimi platformalar da mağaza sahiblərinə ortaqlıq proqramları vasitəsilə satışlarını artırmaq şansı yaradır. Youtube Shopify ilə əməkdaşlıq edərək, məzmun yaradıcılarına öz videolarında Affiliate məhsulların tanıtımı və yerləşdirilməsi proqramını elan edib. Bununla da məzmun yaradıcıları satışdan əlavə komissiya əldə edərək, qazanacaqlar.
Pozitiv:
- Reklamçı üçün: Məhsulların geniş yayılması və satılması imkanı.
- Yayımlayıcı üçün: Fərqli məhsul seçimləri və geniş bazara çıxış.
Neqativ:
- Reklamçı üçün: Rəqabətin yüksək olması və yayımlayıcıların şərtlərinə uyğunlaşma tələbi.
- Yayımlayıcı üçün: Müştəri sadiqliyinin aşağı olması.
Bu real istifadə nümunələri göstərir ki, ortaqlıq proqramları müxtəlif sahələrdə effektivdir. Reklamçılar üçün daha çox müştəri cəlb etmək və yayımlayıcılar üçün isə əlavə gəlir mənbəyi yaratmaq imkanı təklif edir.
Affiliate marketinqin Reklamçılar üçün Pozitiv və Neqativ tərəfləri
Pozitiv:
- Xərclərin effektivliyi: Affiliate marketing yalnız satış və ya hərəkət həyata keçdikdən sonra ödəniş tələb etdiyi üçün xərc-effektiv bir üsuldur.
- Böyük auditoriyaya çıxış: Yayımlayanlar vasitəsilə geniş bir auditoriyaya çatmaq mümkündür.
- Riskin Aşağı Olması: Reklamçılar yalnız müəyyən bir hərəkət baş verdikdən sonra komissiya ödədikləri üçün investisiya riski azalır.
Neqativ:
- Yüksək nəzarətə ehtiyacı: Reklamçılar yayımcıların onların markasını necə tanıtmağını izləmək və yanlış təmsillərin qarşısını almaq üçün müntəzəm nəzarət etməlidir.
- Komissiya Xərcləri: Hər satış üçün ödənilən komissiya, uzun müddət ərzində böyük məbləğə çevrilə bilər.
Yayımlayanlar üçün Pozitiv və Neqativ tərəfləri
Pozitiv:
- Pasif gəlir imkanı: Affiliate marketing, yayımcılara uzun müddət passiv gəlir əldə etmək imkanı verir, xüsusilə də məzmun qalıcıdırsa və daimi trafik cəlb edirsə.
- Az xərclərlə başlanğıc: Affiliate marketingdə iştirak etmək üçün yayımcılara böyük sərmayə tələb olunmur; mövcud platformalar və məzmun vasitəsilə pul qazanmaq mümkündür.
- Çoxsahəli gəlir mənbəyi: Bir Yayımcı eyni vaxtda bir neçə affiliate proqramında iştirak edərək çoxlu sayda gəlir mənbəyi yarada bilər.
Neqativ:
- Komissiya məhdudiyyətləri: Yayımlayanlar yalnız komissiya əsasında gəlir əldə etdikləri üçün, bu məhdud bir gəlir mənbəyi ola bilər.
- Yüksək rəqabət: Affiliate marketing bazarında çoxsaylı yayımlayanlar olduğu üçün rəqabət yüksəkdir və uğur qazanmaq üçün yaxşı strategiyaya ehtiyac var.
Nəticə
Affiliate marketing, həm reklamçılar, həm də yayımlayanlar üçün faydalı bir modeldir. Reklamçılar üçün riskləri minimuma endirərkən geniş bir auditoriyaya çatmaq imkanı yaradır. Yayımlayanlar üçün isə bu, minimal investisiya ilə gəlir əldə etmək imkanıdır. Bununla belə, bu marketinq modelinin həm üstünlükləri, həm də məhdudiyyətləri var və uğur qazanmaq üçün düzgün strategiya və effektiv idarəetmə tələb olunur.
Mənbə; wecom.az