Azərbaycan

E-ticarət Birliyi

Azərbaycanın bütün Eticarət Ekosistemi oyunçularını birləşdirən yeganə biznes platforma.
Məqsədimiz, Azərbaycanın Elektron Ticarət bazarının inkişafına müsbət təsir edərək, 
bütün bazar oyunçularının faydasını təmin etməkdir.

PARTNYORLAR

FAYDAMIZ

Eticarət Birliyinə 

üzvlük

Azərbaycan Eticarət Birliyinə üzv olaraq ölkəmizin eticarət ekosisteminin inkişafına maksimum töhvənizi verə, yeni biznes əlaqələri, müştəri və partnyorları əldə edə bilərsiniz.

Görüş və Tədbirlər

Birlik üzvləri üçün biznes əlaqələrinin genişləndirilməsi məqsədilə mütəmadi görüşlər və tədbirlər təşkil olunur.

Akademiya

Eticarət Birliyi olaraq həm eticarəti yeni öyrənmək istəyənlər, həm də eticarət ilə aktiv məşğul olanlar üçün.

Xəbərlər

Üzvlərimiz davamlı media dəstək əldə etməklə öz şirkət və xidmətləri barədə paylaşımlar imkanı əldə edirlər.

NETWORKING

Ekosistem nümayəndələri ilə əlaqədə olun

Mütəmadi keçirilən görüş və tədbirlərlər eticarət, ödəmə sistemləri, logistiya, marketinq, loyallıq sistemləri və proqram təminatçıları ilə biznes əlaqələrinizi genişləndirin.

AKADEMİYA

Eticarət təlimləri

Eticarət Birliyi olaraq, elektron ticarəti öyrənmək, bu sahədə inkişaf etmək istəyən hər kəs üçün, xüsusi Eticarət təlimləri hazırlanaraq, keçirilir. Təlimlərin keçirilməsində üzv şirkət və partyorlarımız da yaxından iştirak edir.

SUAL-CAVAB

Sizi maraqlandıran

Sualların Cavabları

Azərbaycan Eticarət Birliyi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, bizə yazın.

AEB – Azərbaycan Eticarət Ekosistemində çalışan şirkət və fərdi şəxslərin görüş, mübadilə və biznes əlaqələrinin qurulduğu bir platformadır.

E-ticarət və bu sahəyə bağlı fintech, logistika, loyallıq proqramları, marketinq, proqram təminatı və s. ilə məşğul olan hər bir qurum üzvümüz ola bilər.

Hazırda biz 3 növ əməkdaşlıq formatı üzərində işləyirik;
Tam Üzvlükşirkətlər
Müşahidəçiləre-ticarət ilə məşğul olan və ya maraqlanan fiziki şəxslər.

Üzvlərimiz üçün mütəmadi canlı və onlayn görüşlər, təlim və təhsil proqramları, bazar araşdırmaları və bir çox biznes üçün faydalı həllər təqdim ediləcək.

AEB üzvlük eticarət sahəsində şirkətləşmiş hüquqi və fiziki şəxslər üçündür. Ancaq, bu sahəyə marağı olub, öyrənmək istəyən şəxsləri də aramızda görməkdən məmnunuq. Müşahidəçi olaraq açıq tədbirlərdə qonaq qismində iştirak, təlim və tədris proqramlarından istifadə və bir çox imkanlardan yararlanmaq deməkdir.

Azərbaycan Eticarət Birliyi olaraq ekosistemin inkişafında maraqlı olan hər bir şəxs və qurumla əməkdaşlıq etməyə hazırıq. Bunun üçün ƏLAQƏ bölməsindən bizə müraciət ünvanlaya bilərsiniz.

Üzv olmağa hazırsınız?

Azərbaycan Elektron Ticarət Ekosisteminin fəalları və professionalları ilə daim əlaqədə olmaq üçün, üzv olmağa tələsin.