Haqqımızda —

Azərbaycan Eticarət Birliyi

Azərbaycan Eticarət Birliyi 2023-cü ildə ölkəmizin bu sahədə çalışan professionallar tərəfindən qurmuş olduğu unikal biznes platformasıdır. Ölkəmizdə Elektron Ticarət və ekosisteminin inkişafı ilə yanaşı bu sahədə pərakəndəliyin mövcudluğu, bilik və təcrübənin paylaşılmaması, şirkətlər arası əlaqələrin zəif olması, bu birliyin yaranması zərurətini ortaya qoymuşdur.

Azərbaycan Eticarət Birliyi özündə e-ticarət platformaları və sahibkarları ilə yanaşı, bu sahənin ayrılmaz tərkibi olan ödəniş sistemləri, logistika daşıma şirkətləri, loyallıq proqramları, proqram təminatı istehsalçıları, rəqəmsal marketinq və bu sahə ilə bağlı fəaliyyət göstərən qurumlara ehtiva edir.

Məqsədimiz, Azərbaycanın Elektron Ticarət bazarının inkişafına müsbət təsir edərək, bütün bazar oyunçularının faydasını təmin etməkdir. 

Fəaliyyətimiz çərçivəsində elektron ticarət bazarı oyunçularını bir arada toplayaraq, mütəmadi görüşlər, sosial fəaliyyətlər, təlim və tədris proqramları, xidmət və məlumat alış-verişi, yerli və beynəlxalq tədbirlərin təşkili, bazar araşdırmalarının aparılması və hesabatların təqdim edilməsi kimi funksiyaları həyata keçirtməkdir.

AEB olaraq ölkəmizin elektron ticarətinin inkişafı üçün E-ticarət Akademiyası, Mediada işıqlandırma, Konsultasiya və Standartların təyin edilməsi, Eticarət Tədbiri və bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsini hədəfləmişik.

Azərbaycan Eticarət Birliyinə üzv olmaqla, elektron ticarətin ölkəmizdəki inkişafına töhvə vermək və effektiv inkişaf əldə etmək, dövlət qurumları ilə sıx əlaqələrin qurulması, təkliflərin ötürülməsi və digər imkanları əldə etmək mümkündür.

Partnyorlar —

Üzvlərimiz

Azərbaycan Eticarət Birliyinin ilk üzvləri və dəstəkçisi olan şirkət və qurumları.

Partnyorlar —

Yerli və Xarici Partnyorlar

Azərbaycanda Eticarətin inkişafı və genişləndirilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən yerli və xarici qurumlar ilə əməkdaşlıq edirik.

Partnyorlar —

Media Partnyorlar

Eticaət Birliyi olaraq bu sahənin inkişafında maraqlı olan KİV-lər ilə əməkdaşlıq edir və əməkdaşlığa dəvət edirik.

Azərbaycan Eticarət Birliyinin üzvü olmağa dəvət edirik.

Üzvlük növlərindən birini seçərək, bizə müraciət edin.